Qeyri-hökumət təşkilatlarının növləri müəyyənləşir.
KONKRET.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
– peşə sahəsi üzrə ictimai birlik:
– sosial-humanitar sahə üzrə ictimai birlik;
– mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
– təhsil və elm sahəsi üzrə ictimai birlik;
– ekologiya sahəsi üzrə ictimai birlik;
– hüquq sahəsi üzrə ictimai birlik;
– iqtisadi sahə üzrə ictimai birlik;
– qanunla müəyyən edilmiş digər növlər.
Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilər;
– İctimai faydalı fond;
– xeyriyyə fondu;
– qanunla müəyyən edilmiş digər növlər.
Layihəyə əsasən, ictimai birlik və fondlar yalnız bir növdə yaradıla bilər. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
