Afrikadakı mövqelər itirilir: Təcili məruzəbackend

Afrikadakı mövqelər itirilir: Təcili məruzə

“Putinə məruzə olunub ki, Rusiya əlavə hərbi qüvvələr göndərməsə və hərbi logistikanın təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı əməliyyata başlamasa, yaxın iki ay ərzində Afrikadakı mövqelərini tamamilə itirə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ruslan Şevçenko dəyib. Onun sözlərinə görə, gəmilərə və nəqliyyat vasitələrinə edilən silsilə hücumlar Baltik dənizindən Liviyaya qədər uzanan bütün təchizat marşrutunu təhlükə altına salıb.

Rusiya Müdafiə Nazirliyinin daxili qiymətləndirmələrinə görə, dəniz yolu ilə müntəzəm təchizat təmin edilmədiyi təqdirdə, Afrika Korpusu texnika, sursat və ehtiyat hissələrinin çatışmazlığı ilə üzləşəcək. Mövcud ehtiyatların cəmi bir neçə həftəyə kifayət edəcəyi bildirilir. Bundan sonra rus bölmələri fəaliyyətlərini məhdudlaşdırmaq, hətta mövcudluqlarını azaltmaq və müttəfiq hakimiyyətlərə dəstəkdən imtina etmək məcburiyyətində qala bilərlər.

Müdafiə naziri Andrey Belousov nəqliyyat və döyüş gəmilərindən, eləcə də kəşfiyyat aviasiyasından ibarət daimi konvoyların yaradılmasını təklif edib. Həmçinin hərbçilərə dəniz dronlarını hədəfə çatmamış, uzaq məsafədə məhv etmək, eləcə də Rusiya təchizat marşrutlarına hücumların hazırlanmasında istifadə olunduğu ehtimal edilən gəmiləri və infrastrukturu izləmək və zərərsizləşdirmək səlahiyyətinin verilməsi nəzərdən keçirilir.

Mənbələrin məlumatına görə, belə bir əməliyyatın həyata keçirilməsi üçün Baltik və Şimal donanmalarına məxsus gəmilərin cəlb edilməsi, əlavə hava hücumundan müdafiə bölmələrinin yerləşdirilməsi və Aralıq dənizində yeni baza məntəqələrinin yaradılması barədə razılığın əldə olunması tələb ediləcək.

Lakin Rusiyanın iqtisadi bloku bu plana qarşı çıxır. Onların hesablamalarına görə, hər bir təchizat reysinin təhlükəsizliyini təmin etmək üçün çəkiləcək xərclər daşınan yükün dəyərinə yaxın olacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*