“44 günlük müharibədə yaralananların sayı dövlət sirridir”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyindən bildiriblər. “Müharibənin bitməsindən bir il ötür, lakin biz hələ də bilmirik ki, nə qədər itkimiz var. ER Müdafiə Nazirliyi həlak olanlar, itkin düşənlər və hərbi əsirlərlə bağlı rəsmi məlumat dərc etməyib”, – erməni mətbuatı yazıb.
Ölkənin baş naziri Milli Məclisdə müəyyən (müsbət-mənfi) rəqəmləri açıqlayıb və bununla məhdudlaşıb.
Müdafiə Nazirliyi əvvəlcə bizdən məlumatların verilməsi üçün əlavə şərtlər tələb edib, sonra isə bu məlumatın dövlət və rəsmi sirr olduğunu əsas gətirərək bundan imtina edib.
Xuraman Etibarlı,
KONKRET.az