5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ÖLDÜbackend

5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ÖLDÜ

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

KONKRET.az xəbər verir ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq xəsarət almışdı.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*