“5 ildir ailə qurmuşam, övladım yoxdur” – Nicat Rəhimovbackend

"5 ildir ailə qurmuşam, övladım yoxdur" - Nicat Rəhimov

“5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, fian, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha”.

KONKRET.az xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov “Mən” verilişində qonaq olarkən deyib.

“Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o, bilir nə edir. Əlbəttə, övlad gözəl şeydir. Mən də fikirləşirəm övladım olsa, oğlum, qızım olar, onları böyütmək, nələrisə demək, bu, belə deyil, elədir. Amma yenə deyirəm, Allaha şükür edirəm, olmamağına görə ki, hələ mənə o payı vermir, özü bilən məsləhətdir. O bilir nə vaxt etmək lazımdır. Ona görə də hər dəfə şükür edirəm”, – deyə Nicat əlavə edib.

Qeyd edək ki, aktyor 2017-ci ildə Ülviyyə adlı xanımla ailə qurub.

  • Məzahir
    May 21, 2023 - 09:01

    Qadın rolunda çəkilmə artıq. Bəlkə Allah Təaləyə xoş getmir. İnşAllah sənə də qismət edər Allah Təalə o gözəl paydan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*