5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundubackend

5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzin direktoru Könül Ələkbərovun əmr imzalayıb.

Əmrə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.

Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

V.Hüseynzadə 17 may 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə ETMGİ-də internatura kursu keçib. 2002-ci ildə orada həkim, anestezioloq-reanimatoloq kimi işə başlayıb, 2003-cü ildən 2021-ci ilin yanvar ayına qədər elmi və böyük elmi işçi, eyni zamanda praktik cərrah, mama-ginekoloq kimi fəaliyyət göstərib.

V.Hüseynzadə 2009-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru adını alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*