“6 aylıq oğlunu 15 gün qucağına ala bilmədi” – Şəhidin atasından ÜRƏKDAĞLAYAN SÖZLƏRbackend

"6 aylıq oğlunu 15 gün qucağına ala bilmədi” - Şəhidin atasından ÜRƏK DAĞLAYAN SÖZLƏR

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.Dünəndən başlayan döyüşlərdə Azərbaycan Ordusu dörd şəhid verib.

KONKRET.az xəbər verir ki, həmin şəhidlərdən biri olan baş əsgər Elşad Məmmədovun atası oğlu ilə bağlı danışıb.

Dönməz Məmmədov dəfn mərasimində bildirib ki, oğlu Vətən yolunda şəhid olub:

“Gözümün ağı-qarası bir oğlum vardı. O da vətən yolunda şəhid oldu. Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar.

Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*