Şəmkirdə 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az-məlumatına görə, rayonun Dəllər Cırdaxan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Oruc Mayıl oğlu kənd ərazisində elektrik dirəyinə toxunub. Bu zaman elektrik cərəyanı onu vurub.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Report
