61 qazax tələbəsi Çinin Vuhan şəhərindən təxliyə ediləcəkbackend

61 qazax tələbəsi Çinin Vuhan şəhərindən təxliyə ediləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tələbələr vətənlərinə döndükdən sonra iki həftə ərzində karantinə yerləşdiriləcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın baş sanitar mütəxəssisi Jandarbek Bekşin bu gün keçirdiyi mətbuat konfransında bildirib:

“Bu səhər elan olunduğu kimi, hökumətimiz 61 tələbəmizin Vuhan şəhərindən təxliyəsini təşkil etmək niyyəti ilə ÇXR hökumətinə müraciət edib. Tələbələrimiz və həkimlərimiz qoruyucu kostyumlarda və maskalarda olacaq”.

Bildirilib ki, təyyarə də dezinfeksiya ediləcək və tələbələr 14 günlük karantin kamerasına yerləşdiriləcəklər.

Hazırda təyyarənin uçuşu ilə bağlı Çin tərəfi ilə razılıq məsələləri həll olunur. Hökumət turistlərin və digər vətəndaşların da geri dönməsini gözləyir. Bu səbəbdən sərhədi bağlamaq mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*