64 km-ə qədər uzanan yüzlərlə rus tankı və digər texnikası Kiyevə yaxınlaşır.
KONKRET.az xəbər verir ki, Associated Pressin yaydığı məlumata görə, ABŞ-ın “Maxar Technologies” şirkəti tərəfindən çəkilmiş yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntüləri karvanın cənubdan Ukrayna paytaxtına doğru getdiyini göstərir.
Maxar əvvəlcə konvoyun 25 km uzunluğunda olduğunu bildirsə də, sonradan şirkət əlavə şəkillərin onun 64 km uzunluğunu göstərdiyini bildirib.
Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisinin fikrincə, dar yollarda yığılan karvan Ukrayna hərbçiləri üçün “böyük hədəfə” çevrilə bilər.
Son günlər Ukrayna müdafiəçiləri ilə rus işğalçıları arasında şiddətli döyüşlərin getdiyi Qostomeldəki Antonov beynəlxalq hava limanının şərqində maşın karvanı görünüb.
Amerika rəsmiləri Kiyevin mühasirəyə alınacağını, daha sonra isə şəhərdə döyüşlərin aparılacağını güman edirlər.
