“65 yaşdan yuxarı insanlar artıq risk altında deyil” – ÜSTbackend

"65 yaşdan yuxarı insanlar artıq risk altında deyil" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19″un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, təşkilat yaşı 65-dən yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk qrupuna deyil, orta risk qrupuna daxil edib.

Təşkilat bəyan edib ki, koronavirusun mövcud variantları daha az ağır xəstəliklərə səbəb olur və peyvənd sayəsində insanların immunitet səviyyəsi daha yüksəkdir. ÜST bildirir ki, bu vəziyyət əksər xəstələr üçün ağır xəstəlik riskinin azalmasına gətirib çıxarır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*