7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?backend

7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?

Dekabrın 7-də Globalinfo.az-da belə manşet yazısı vermişdik: “Prezidentin 2024-lə bağlı qovluğunda nələr var? – Seçki, referendum, idarəçilikdə dəyişiklik”.

Yazı saytda çıxandan təxminən 3 saat sonra ölkə başçısının Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı yayıldı.

Nostradamusluq iddiasında deyilik. Şerlok Holms yetənəyinə sahib olduğumuzu da söyləmirik. Sadəcə prosesləri sistemli şəkildə izləmək, məntiqi ardıcıllığa baxmaq, bir də müəyyən həddə informasiya bu cür məqalələrin yazılmasına səbəb olur.

İndi hamını düşündürən sual budur ki, mürəkkəb geosiyasi vəziyyətdə növbədənkənar prezident seçkisi haqda qərar (Sərəncam) niyə verildi? Bunu şərtləndirən, qaçılmaz edən hansı siyasi durumdur?

Müharibə başa çatıb. Ərazi bütövlüyü tam bərpa edilib. Budəfəki seçki Zəfər seçkisi olacaq. İlk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək bir seçki izləyəcəyik. Həm də buna görə 7 fevral seçkisinin xüsusi önəmi var.

Məni seçkidən sonrakı mərhələ maraqlandırır. İki ay sonrakı Azərbaycanda nələr yaşanacaq?

2018-ci ildə keçirilən prezident seçkisindən sonra ciddi kadr dəyişikliyi baş verdi. Sürpriz təyinatlar oldu. Köhnə komandanın gedişinin əsası o seçkidən sonra qoyuldu. Ondan ilyarım sonra “əski qvardiya” nümayəndələrinin mütləq əksəriyyəti vəzifədən uzaqlaşdırıldı.

Bu dəfə də oxşar situasiya ola bilər. Güman ki, həm köhnədən qalan kadrlarla vidalaşılacaq, həm də etimadı doğrultmayan məmurlar işdən çıxarılacaq. Yerdəyişmələr də mümkündür.

Dünən Elm və Təhsil Nazirliyində (ETN) kadr dəyişikliyi ilkin siqnal sayıla bilər. ETN son illər kadr bankı rolunu oynayır. Burda yetişmiş, təcrübə toplamış iki şəxs – Mikayıl Cabbarov və Ceyhun Bayramov hazırda ölkənin ən əsas və həssas nazirliklərinə rəhbərlik edirlər. Dünən vəzifələrə təyin olunan şəxslərin də yaxın vaxtlarda hansısa qurumlarda daha yüksək vəzifələr tutmayacaqlarını kim söyləyə bilər?

Təbii, bu elə bir prosesdir ki, nə bir nazirliklə yekunlaşacaq, ya da bir neçə kadrın işdən çıxarılması ilə başa çatacaq. Prezident məsələyə qlobal yanaşır. Azərbaycan dəyişib. Tamam başqa bir mərhələyə qədəm qoyulub. Hər mərhələnin öz şərtləri var. O şərtlərə mütləq əməl olunmalıdır. Məsələn, icra strukturunda yaşlı, köhnə komandadan qalan nazirlər, komitə sədrləri, digər yüksək vəzifəli məmurların vəzifədə qalması, sizcə, mümkündürmü? Onlar hazırkı çevik idarəçiliyə ayaq bağı sayılırlar.

Bir neçə dövlət qurumunun adının dəyişdiriləcəyi, onların vahid ad altında birləşdiriləcəyi gözlənilir. Necə ki, buna son illər rast gəlirik. Məsələn, bu il mart ayında Prezidentin Fərmanı ilə bir neçə qurum ləğv edilərək, onların əsasında Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Bənzər halların seçkidən sonra daha böyük miqyas alacağı istisna deyilir.

Təhsil, səhiyyə, sosial müdafiə, hərbi və s. sahələrdə inqilabi addımlara gediləcəyi barədə də məlumatlar dolaşır. Yuxarıda da qeyd etdik, Elm və Təhsil Nazirliyində son təyinatlar, işdən çıxarılmalar anons xarakterlidir.

Ən aktual suallardan biri də referendumun və Milli Məclisə erkən seçkilərin keçirilməsi haqdadır. İlham Əliyev 4-cü Respublika quruculuğuna başlayıb. Məsələyə bu kontekstdən yanaşdıqda, yuxarıdakı sualın cavabı asanlıqla tapılır.

Vaxtaşırı gözlənilən dəyişikliklər haqda məqalələr yazır, proqnozlar veririk. Əksəriyyəti gerçək olur.

İnanıram ki, Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə daha bir “Ağ inqilab” ssenarisini baş tutacaq. 2018-19-cu illərdəki “inqilab” – kadr dəyişikliyi, idarəçilikdə yeniliklər Azərbaycanın müharibə öncəsi planlarına daxil idi. Köhnə heyətlə müharibə aparmaq, qalib gəlmək riskli olardı. İndi də post-müharibə dövrü, quruculuq və Böyük Qayıdış mərhələsi başlayıb. Adına şərti olaraq “Ağ inqilab” dediyimiz prosesə ehtiyac yaranıb.

İki ay sonra hər şey aydınlaşacaq. Bu aydınlıq Azərbaycanın çıxdığı yeni yolu, gələcəyi müəyyən edəcək.

Azər Ayxan

Globalinfo.az

  • Ülviyyə İsgəndərova
    Dekabr 10, 2023 - 23:05

    Mən Ülviyyə İsgəndərovaya lazımdırki pensiya yaşını qadınlar üçün 55-həddində etsinlər. Əgər bu yaşda kim işləmək istəyirsə, pensiyası dayandırılsın və işləsin. İndi kim Prezident olmaq istəyirsə bunu etsin. İlham Əliyev bunu etmədi. Mən Prezident seçkilərində iştirak etməyəcəyəm. Mənə neft gəlirlərindən pul versinlər. Versələr iştirak edərəm.

  • Nezaket
    Dekabr 12, 2023 - 01:05

    Demir yumruqun gucun seckiden sonra daha,cox hiss edecek,bezi uzden iraq memurlar.Zerbe cox guclu olacaq.

  • Ramin
    Yanvar 16, 2024 - 21:39

    Ceyhun Hacibeyli kucesi bina 64 qezali veziyyetdedir. Plana salinib sokulmeyi mutleqdir.

  • Ramin
    Yanvar 16, 2024 - 21:40

    Ceyhun Hacibeyli kucesi bina 64 qezali veziyyetdedir. Plana salinib sokulmeyi mutleqdir.

  • Zehere qalsın
    Yanvar 28, 2024 - 20:54

    Hansı xeir görmüşəm ki ilerdi işsizəm işlə təmit olunmiram bacarıgım var işim yoxdu neft qaz olan ölkətdə aj qalıramsa tüpürüm bele hakimiyetdə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*