Qazaxıstanda tibb işçilərinə və təcili yardım sürücülərinə hücumlara görə daha sərt sanksiyaların tətbiqi təklif olunur.
KONKRET.az xəbər verir ki, söhbət 4 milyon təngəyə qədər cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzasından gedir.
Deputat Asxat Aymaqambetovun sözlərinə görə, bir həkimə hücum onlarla baş tutmayan çağırış və vaxtında tibbi yardım ala bilməyən yüzlərlə pasiyent deməkdir.
“Bir xuliqan ucbatından bir briqada və bir maşın sıradan çıxır, tibbi yardımın çatma vaxtı uzanır, infarkt və insult zamanı isə hesab dəqiqələrlə gedir. Bu, həyat və ölüm məsələsidir”, — deyə Aymaqambetov bildirib.
O, həmçinin son 5 il ərzində tibb işçilərinə qarşı 280 hücumun qeydə alındığını, lakin real sayın daha çox olduğunu, bir çoxunun polisə müraciət etmədiyini qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
