70 il bizə yalan danışdılar: Leninin ölüm səbəbi nədir?backend

70 il bizə yalan danışdılar: Leninin ölüm səbəbi nədir?

KONKRET.az Frognews-a istinadən xəbər verir ki, əslində Vladimir Lenin boğaz ağrısından, ağır malyariyadan və ya aterosklerozdan ölüb.

Nəhayət elm adamları Leninə düzgün diaqnoz qoymağı bacardılar. Buna liderin gündəliklərinin öyrənilməsi kömək etdi. Tibb sahəsindəki mütəxəssislər onları yenidən oxudular. Ölümündən 75 il sonra onun yazdıqları “təsnif edildi” və Leninin ölümündən sonra heç bir yerdə yayımlanmayan detallar araşdırıldı. Doğrudur, bəzi məqamlar 1999-cu ildə açıqlanmışdı. Ancaq çoxumuzun gündəliklərin mövcudluğu haqqında heç bir məlumatı yoxdur.

Qeyd edək ki, digər versiyalara görə, Vladimir Ulyanov sifilisdən ölüb. Buna səbəb kimi o dövrdə həm Rusiyada, həm də Avropada siflisin ən çox yayılmış bir xəstəlik olduğunu göstərir. Hətta məişət təmasları belə geri dönməz nəticələrə səbəb ola bilərdi, çünki o zaman antibiotiklər yox idi.

Gündəliklərdə xəstəliyin öz vəziyyətlərini və faza dəyişikliklərini, müddətlərini qeyd ediblər. Kritik vəziyyət əsasən neyrosifis olub. Həkimlər Leninə işləməyi dayandırmağı məsləhət görüblər. Əlbəttə, Lenin buna imkan verə bilməzdi. Beləliklə yorğunluq və xroniki yuxusuzluq onu əldən salıb. Həkimlər təbii ki, bu barədə bilirdilər. Vasili Kramer, Aleksey Kojevnikov və Vladimir Bekterev onun əsl xəstəliyini müəyyənləşdirmişdilər.

Qəribədir, nədənsə Leninin xəstəliyinin əsl səbəbi müəyyən edildikdən sonra gündəliklərin yenidən gizli saxlanılmasına qərar verilmişdi. Yəqin ki, bunun səbəbi xəstəliyin adları ilə bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*