72 yaşlı kişinin cəsədi 6 il mənzildə qalıbbackend

72 yaşlı kişinin cəsədi 6 il mənzildə qalıb

6 il əvvəl dünyasını dəyişən kişinin meyiti Moskvanın mərkəzindəki mənzildə tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Moskva” xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

“Cümə axşamı, iyulun 14-də Zemlyanoy Val küçəsindəki mənzildə 1950-ci il təvəllüdlü kişi meyiti tapılıb”, deyə mesajda bildirilir.

Nəşr yazır ki, kişi divanda uzanıqlı halda olub. Zorakı ölüm əlaməti tapılmayıb. İlkin məlumata görə, təqaüdçü kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*