78 yaşlı qadın üç bankı QARƏT ETDİbackend

78 yaşlı qadın üç bankı QARƏT ETDİ

ABŞ-ın Missuri ştatından olan 78 yaşlı Bonni Quç Pleasant Hill şəhərində bankı soymağa cəhd etdiyi üçün həbs edilib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, qadın “Goppert Financial Bank”dan oğurluqda ittiham olunub.

Polis tərəfindən saxlanılan Bonni Quçun avtomobilindən sübutlar tapılıb. Həbs edilən qadına qarşı aprelin 6-da ittiham irəli sürülüb.

Sonradan məlum olub ki, yaşlı qadın əvvəllər də eyni cinayətlərə görə həbs edilib.

Qeyd olunub ki, 2020-ci ildə Quç başqa bir bankdan oğurluq etdiyi üçün tutulub.

Bundan əlavə 1977-ci ildə o, Kaliforniyada bank soyğununda da günahkar bilinib. Cinayəti törədən zaman onun təxminən 32 yaşı olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*