80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu – FOTO – YENİLƏNİBbackend

80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu - FOTO - YENİLƏNİB

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun verdiyi məlumata görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub: “İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.

Elazığ Fırat Universitetindən verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.

M.Məmmədov bildirib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib:

“Amma qaynar xəttimiz fəaliyyətdədir. Zəlzələ ərazisində yaşayan tələbələrimizlə yanaşı, digər Azərbaycan vətəndaşları olan şəxslər təxliyyə üçün müraciət edə bilərlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*