84 min qıza papilloma qarşı peyvənd vuruldu – Qazaxıstandabackend

84 min qıza papilloma qarşı peyvənd vuruldu - Qazaxıstanda

Qazaxıstanda 11-13 yaşlı 83,7 mindən çox qız insan papilloma virusuna (HPV) qarşı peyvənd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ölkədə qızlar üçün genişmiqyaslı peyvənd kampaniyası oktyabrda başlayıb. Valideynlərdən və ya qanuni nümayəndələrdən məlumatlı razılıq alındıqdan sonra peyvəndlər məktəbin tibb məntəqələrində aparılır.

Səhiyyə Nazirliyindən bildirilib ki, peyvənd olunmuş şəxslər arasında peyvənddən sonra mənfi hallar qeydə alınmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*