“91-lər”in daha bir üzvü VƏFAT ETDİ – FOTObackend

“91-lər”in daha bir üzvü VƏFAT ETDİ - FOTO

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “report”a mərhumun yaxınları məlumat verib.

K.Kərimov 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

3 övladı var.

Məşhur “91-lər”in üzvü vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*