Abdullah Öcalan nə vaxt azadlığa çıxacaq? – PKK lideri ilə bağlı İLGİNC DETALLARbackend

Abdullah Öcalan nə vaxt azadlığa çıxacaq? - PKK lideri ilə bağlı İLGİNC DETALLAR

Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvləri İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb. Bəs, bu səfərin ictimai və siyasi dairələrdə hansı reaksiyalara səbəb olacağı gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, tamamilə aydın bir perspektivdən baxsaq, bu görüş Türkiyə dövlətinin gücünü və siyasi balansını daha da ortaya qoyur.

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını düşünürəm” | KONKRET

“İmralı adasında Abdullah Öcalanla görüş yalnız TBMM-nin siyasi mexanizmlərindən istifadə ilə həyata keçirilə biləcək bir addımdır və bu, həm də Türkiyənin qanun çərçivəsində hərəkət edə biləcəyini göstərir. Yəni, heç bir xarici təsir olmadan, daxili siyasi platformada məsələni idarə etmək gücünü nümayiş etdirir”.

Politoloq qeyd edir ki, ictimai və siyasi dairələrdə reaksiyalar isə qismən qarışıq olacaq:

“Bir tərəfdən, sülh və dialoqa üstünlük verən dairələr bu görüşü müsbət qiymətləndirəcək və “Türkiyə problemi özü həll etməyə çalışır” kimi oxuyacaqlar. Digər tərəfdən, radikal və təhlükəsizlik mərkəzli baxışa malik olanlar “Öcalanla görüş siyasi riskdir, legitimliyi artırır” deyə tənqid edəcəklər. Bu, xüsusilə millətçi və təhlükəsizlik yönümlü qanadın narazılığına səbəb olacaq”.

T.İsmayılov vurğulayır ki, bu görüşün özü Öcalanın azadlığa çıxacağı anlamına gəlmir.

“Görüş daha çox “dialoq və siyasi həll imkanlarının araşdırılması” səviyyəsindədir. Türkiyə dövləti öz təhlükəsizlik və qanun çərçivəsini pozmadan, prosesi nəzarətdə saxlamaqda çox ağıllı davranır.

Görüş siyasi və ictimai mesajdır, Öcalanın azadlığı hələlik gündəmdə ciddi perspektiv deyil, amma dövlətin öz siyasətini və qanuni çərçivəsini güclü şəkildə qoruya biləcəyini göstərir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*