Abdullahian başqa helikopterlə uçmalıymış, son anda… – YENİ FAKTbackend

Abdullahian başqa helikopterlə uçmalıymış, son anda… - YENİ FAKT

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz əyalətinin ayətullahı Əli Haşim başqa helikopterlə uçmalı imişlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti İran təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu üç şəxsi son anda İran prezidenti İbrahim Rəisinin olduğu helikopterə mindiriblər. Hərbi pilotların idarə etdiyi helikopter trekerlə (izləyici) təchiz olunubmuş.

Xatırladaq ki, İranın dövlət başçısının olduğu helikopter mayın 19-da Şərqi Azərbaycan əyalətinin Varzakan və Culfa şəhərləri arasında yerləşən Dizmar meşəsində qəzaya uğrayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*