ABŞ 66 beynəlxalq təşkilatdan çıxır – Ağ Evbackend

ABŞ 66 beynəlxalq təşkilatdan çıxır - Ağ Ev

Prezident Donald Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bu gün Prezident Donald Tramp ABŞ-nin artıq Amerikanın maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan Prezident Memorandumunu imzalayıb”, – bəyanatda deyilir.

Amerika liderinin sərəncamına əsasən, ABŞ-nin bütün federal qurumları 31 BMT strukturunun və 35 qeyri-BMT strukturunun işində və maliyyələşdirilməsində iştirakını dayandırmalıdır. (unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*