Cəlilabad rayonunda 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.
KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 11-i saat 10:25 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsi ərazisindən çağırış qeydə alınıb.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
