Sosial şəbəkələrdə ABŞ admiralı olmuş ilk transseksual qadın Reyçel Levinin şəkli yayılıb. Reyçel, ABŞ Nüvə Enerjisi Katibinin köməkçisinin müavini Sem Brintonun yanındadır, o da transgenderdir.
KONKRET.az xəbər verir ki, foto Fransanın ABŞ-dakı səfirliyində Bastiliyanın alınması gününün ildönümü şərəfinə təşkil olunmuş ziyafətdə çəkilib.
Reyçel Levin 2021-ci ildə Amerika Birləşmiş Ştatlarının İctimai Səhiyyə Xidməti Zabit Korpusunun admiralı vəzifəsinə yüksəlib. O, belə bir fəxri vəzifəni almağı bacaran ilk transgenderdir.
Sem Brinton 2022-ci ilin iyununda ABŞ Enerji Departamentinin Nüvə Enerjisi Administrasiyasında nüvə tullantılarının idarə olunması üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsinə təyin edilib. Onun təyinatı geyiminə görə beynəlxalq danışıqlarda ciddi qəbul oluna biləcəyinə şübhə edən amerikalıların tənqid atəşinə səbəb olub.
Bundan əvvəl Britaniyada triatlonun transseksuallar üçün açıq olan ilk idman növü olduğu bildirilirdi.

Xuraman Etibarlı,
KONKRET.az
