ABŞ Ayın səthində hərbi baza qurmaqla nəyi hədəfləyir? – ƏTRAFLI + VİDEObackend

ABŞ Ayın səthində hərbi baza qurmaqla nəyi hədəfləyir? - ƏTRAFLI + VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqatçıları ayın dairəvi kosmosunu müntəzəm patrul etmək üçün peyk hazırlayacaqlar. Bu ABŞ-ın Ayın uzaq tərəfinə qədər genişlənmək məqsədi daşıyır.

KONKRET.az xəbər verir ki, bu məqsədlə ABŞ ordusu ilk dəfə olaraq kosmosda əməliyyat zonasını genişləndirməyə başlayıb. Bu həftə ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası YouTube-da o qədər də diqqət çəkməyən bir video yayımladı. Lakin bu video kifayət qədər vacib bir mesaj verdi – ABŞ ordusu kosmosda vəziyyətə geostasionar orbitdən kənarda nəzarət etmək imkanlarını Aya qədər genişləndirməyi planlaşdırır.

“İndiyədək ABŞ-ın kosmik ekspedisiyalarının həyata keçirilməsinin radiusu Yerdən 35,5 min kilometr hündürlükdə idi”- deyə videoda bildirilir. Daha sonra qeyd olunur ki: “O vaxt ABŞ-ın maraq zonası belə deyildi. İndi isə belədir. Məqsəd Ayın yaxın kosmosunda uzaq tərəfinə çıxış zonamızı genişləndirməkdir.  ABŞ ordusu əvvəllər əməliyyat sahəsini genişləndirməkdən ancaq danışırdı. Lakin indi hərəkətə keçməyə başlayıb.

ABŞ çox güman ki, yaxın gələcəkdə güclü teleskopla təchiz edilmiş, dairəvi kosmosa peyk buraxmağı planlaşdırır. Videodan göründüyü kimi, peyk iyul ayında müqavilə üçün (Cislunar Highway Patrol System) və ya təxmin etdiyiniz kimi, CHPS adlandırılacaq. Bu proqram, bir neçə hərbi təşkilatın iştirakını nəzərdə tutur. Doğrudur onun icrasını izləmək bir az çətin ola bilər. Amma ümumilikdə, Hərbi Hava Qüvvələrinin laboratoriyası peykin inkişafını izləyəcək.

Bundan sonra ABŞ Kosmik Qüvvələri peykdən istifadəni kosmosda hərbi əməliyyatlara cavabdeh olan ABŞ Kosmik Komandanlığına verəcək. Əslində, bu peyk ABŞ Kosmik Komandanlığının əməliyyatlar zonasının geostasionar məkandan – Aydan kənar əraziyə qədər genişləndirilməsi üzrə işlərin başlanğıcıdır.

Təhlükəsiz Dünya Fondunun proqram üzrə planlaşdırma direktoru Brian Veeden bildirir ki, “Bu, onlar üçün ayın dairəvi kosmosda nə baş verdiyini bilmək və sonra ABŞ əməliyyatları üçün potensial təhlükələri müəyyən etmək üçün ilk addımdır”. Veeden CHPS peykinin heç bir təhlükəyə cavab vermək üçün təchiz olunmayacağını, ilk növbədə vəziyyəti izləmək üçün istifadə ediləcəyini düşünür.

“Ars Technica” nəşri, ABŞ. 6 mart 2022.

Tərcümə etdi: Lətif.A,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*