ABŞ Azərbaycana minaaxtaran itlər göndərəcəkbackend

ABŞ Azərbaycana minaaxtaran itlər göndərəcək

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında minatəmizləmə sahəsində nəzərdə tutulmuş silsilə görüşləri davam edir.

Bu barədə KONKRET.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və Nümayəndələr Palatasının rəhbər şəxsləri, eləcə də bir neçə aparıcı konqresmenləri ilə görüşləri keçirilib.

Nümayəndə heyətinin ABŞ Dövlət Departamenti, Nümayəndələr Palatasının rəhbər şəxsləri və konqresmenlərlə keçirilən görüşlərində işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə məlumat verilib. Həmçinin görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə ABŞ-ın mövcud dəstəyinin artırılması məsələləri müzakirə edilib.

Marşal İrsi İnstitutu rəsmiləri ilə görüş zamanı minaaxtaran itlərin ianə edilməsində iki qurum arasındakı uzunmüddətli uğurlu əməkdaşlığın davam etdirilməsi üzrə müzakirələr aparılıb. Görüş əsnasında Azərbaycanda aparılan humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə MLI tərəfindən əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlərin göndərilməsi ilə bağlı razılıq əldə edilib. Təşkilat ANAMA ilə uzunmüddətli faydalı əməkdaşlıqdan məmnunluq ifadə edib.

Amerikanın Mina Məsləhət Qrupu nümayəndələri ilə görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni innovativ texnologiyaların və avadanlıqların Azərbaycanda sınaqdan keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Dünya Bankında keçirdiyi görüş zamanı ANAMA-nın təqdir olunan təcrübəsinin digər zərərçəkən ölkələrdə istifadəsi, eləcə də Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyin göstərilməsinə maraq ifadə edilib. Azərbaycanın bərpa və yenidənqurma sahəsində tədbiq etdiyi əlaqələndirmə və idarəetmə modeli ətraflı müzakirə edilərək, onun dinamik və səmərəli fəaliyyəti qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*