Konkret.az -ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi Xəzər bölgəsində məlumat toplamaq və terrorizmlə mübarizə üçün hərbi texnikanın göndərilməsinə 10.1 milyon dollar ayrıldığını açıqlayan bir bəyanat yayıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilib ki, “VSE CORP” şirkəti Xəzər dənizində Azərbaycan Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində informasiya və antiterror avadanlıqlarının tədarükü, habelə əlaqəli təlimlər üçün 10.1 milyon dollarlıq müqavilə imzalayıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, avadanlıqların tədarükü üzrə müqavilə Virciniya ştatından olan “VSE Corp” şirkəti ilə imzalanıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti ilə müqavilə Birləşmiş Ştatların xarici hərbi satışlar üzrə proqramı çərçivəsində imzalanıb.
Proqramın 2020-ci ilin sentyabrına qədər yekunlaşması gözlənilir.
