ABŞ bu ölkələrə 5 milyard dollarlıq silah satışına İCAZƏ VERDİbackend

ABŞ bu ölkələrə 5 milyard dollarlıq silah satışına İCAZƏ VERDİ

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 5 milyard dollar dəyərində silah satışına icazə verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı silah satışı müqavilələri çərçivəsində 3,05 milyard dollar dəyərində “Patriot” raketləri alacaq.

Razılaşma çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə 2,25 milyard dollar dəyərində 2 THAAD  buraxılış stansiyası, 2 THAAD taktiki əməliyyat stansiyası və 96 raket satılacaq.

Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) məlumatına görə, bu razılaşma ilə Səudiyyə Ərəbistanı 300 “Patriot” raketini inventarına əlavə edəcək.

Qeyd edək ki, dəyəri 5 milyard dollardan çox olan silah satışı müqavilələri ABŞ-ın İranla nüvə sazişi danışıqlarına qayıtmaq məsələsindən sonra baş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*