ABŞ onlarla ölkəyə süni intellekt sahəsində Amerika və Çin təşəbbüslərindən biri arasında seçim etməli olacaqları barədə xəbərdarlıq göndərməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, Reuters-in əldə etdiyi ABŞ Dövlət Departamentinin məktub layihəsinə əsasən, ölkələr Pekinin rəqib təşəbbüsünə eyni vaxtda qoşulacaqları təqdirdə Vaşinqtonun rəhbərlik etdiyi süni intellekt koalisiyasından xaric edilə bilərlər.
Məktubun ABŞ-ın “Süni intellekt imkanları haqqında Bəyannamə”ni imzalayan 35 ölkəyə göndərilməsi planlaşdırılır. Onların arasında Qazaxıstan, Yaponiya, Avstraliya və Cənubi Koreya da var.
Vaşinqtonun xüsusi diqqət yetirdiyi ölkə Qazaxıstandır. Belə ki, məlum olan məlumatlara görə, Qazaxıstan həm ABŞ, həm də Çin təşəbbüsünə qoşulan yeganə ölkədir.
Sənəddə ABŞ tərəfdaşlarını “şüurlu seçim etməyə” çağırır və vurğulayır ki, Amerika təşəbbüsündə iştirak müəyyən öhdəliklər nəzərdə tutur.
Günay Əli
KONKRET.az
