ABŞ çağırış etdi: İraqı tərk edinbackend

ABŞ çağırış etdi: İraqı tərk edin

ABŞ Dövlət Departamenti vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, İraqda və regionda gərginliyin artması ilə bağlı ABŞ vətəndaşlarına müraciət edilib.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*