ABŞ-ın Nevada ştatındakı Las-Veqas hava limanında iki kiçik təyyarə havada toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məluma yayıb.
Məlumata görə, Las-Veqas hava limanında “Piper PA-46” eniş edərkən “Cessna 172” yüngül mühərrikli təyyarə ilə havada toqquşub.
Qəzadan sonra hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım xidməti cəlb olunub.
Rəsmilər hadisədə 4 nəfərin öldüyünü bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
İqbal Rzayev,
KONKRET.az
