ABŞ-da iki rusiyalı qardaşa 12 il həbs cəzası verildibackend

ABŞ-da iki rusiyalı qardaşa 12 il həbs cəzası verildi

ABŞ-da iki Rusiya vətəndaşı kredit kartları ilə fırıldaqçılığa görə 12 il həbs cəzası alıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” məhkəmənin sənədlərinə istinadən yayıb. 33 yaşlı İqor Qruşko və onun 29 yaşlı qardaşı Denis günahkar hesab edilib. Onlar Fort-Lauderdale şəhərində yaşayırlarmış. Ruslar şəxsi məlumatların oğurlanmasına görə ittiham ediliblər. Bundan başqa, onlar oğurlanmış kredit kartlarından istifadə etmək məqsədilə sövdələşmədə iştirak ediblər. Məhkəmənin məlumatına görə, qardaşlar şəxsiyyəti təsdiq edən saxta kredit kartı və sənədlər hazırlayıblar.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*