ABŞ-da növbəti silahlı insident: Yaralılar varbackend

ABŞ-da növbəti silahlı insident: Yaralılar var

ABŞ-ın Nyu-Cersi ştatının Plizantville şəhərindəki məktəblərdən birində keçirilən futbol matçı zamanı naməlum şəxs tərəfindən silahdan atəş açılıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

NBC telekanalının yaydığı xəbərə görə, dərhal oyunçular meydanı tərk edib, tamaşaçılar arasında çaxnaşma düşüb.

Yaralıların vəziyyəti və atəş açan şəxs barəsində əlavə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*