ABŞ-da şiddətli partlayış: 3 nəfər öldü, 39 evə ziyan dəydibackend

ABŞ-da şiddətli partlayış: 3 nəfər öldü, 39 evə ziyan dəydi

ABŞ-ın İndiana ştatının Evansvill şəhərində naməlum səbəbdən şiddətli partlayış baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 13 radələrində baş verən partlayışda 3 nəfər ölüb, 39 evə ziyan dəyib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib.

Evansvill şəhərinin yanğınsöndürmə rəisi Mayk Konelli keçirdiyi mətbuat konfransında partlayışın nəticələrini açıqlayıb:

“Başqa itkilər də ola bilər, axtarışlarımızı tamamlamamışıq. Hələlik evlərə girmək təhlükəlidir”.

Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*