ABŞ-da sürət həddini aşdığı üçün saxlanılan sürücü Putini günahlandırdı – Təfərrüatbackend

ABŞ-da sürət həddini aşdığı üçün saxlanılan sürücü Putini günahlandırdı - Təfərrüat

Amerikada baş verən tragikomik hadisədə sürət həddini aşdığı üçün saxlanılan sürücünün Rusiya prezidenti Putini ittiham etməsi hər kəsi güldürüb.

Belə ki, sürücüdən niyə sürət həddini aşdığını soruşduqda, o, polisə nüvə müharibəsindən xilas olmaq üçün evə tez getməyə çalışdığını deyib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında müharibə 7-ci gününə keçsə də Ukrayna ordusu müqavimətini davam etdirir.

Hadisələrin davam etdiyi vaxtda ABŞ-ın Florida ştatında yüksək sürətlə hərəkət edən sürücü polis tərəfindən saxlanılıb. O, saxlanılmasına etiraz edərək  “İndicə Putinin nüvə müharibəsi başladacağını bildim və evə getməyə çalışırdım” – deyə bildirib.

Qeyd edək ki, Britaniya mətbuatının yazdığına görə, Putin tamamilə hər bir ssenariyə hazırdır. Britaniyanın “The Sun” qəzeti yazıb ki, Putinin sərəncamında orta hesabla 5977 nüvə başlığı var, onlardan 1600-ü yerləşdirilməyə hazırdır. Bildirilib ki, bu başlıqlar qurudan, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilər.

ABŞ-da sürət həddini aşdığı üçün saxlanılan sürücü Putini günahlandırdı - Təfərrüat

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*