Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi – YENİLƏNİBbackend

Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi - YENİLƏNİB

Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə Anım Gününə həsr olunmuş aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a verilən məlumata görə, 27 sentyabr-Anım Gününə həsr edilən aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.

Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar

23:18

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçirirlər.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd 27 sentyabrda başlayan və 44 gün davam Vətən müharibəsi şəhidlərini yad etmək və BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edirlər.

Aksiya iki saat ərzində davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*