ABŞ-dan İrana Xudafərin MESAJI: “Onsuz da parçalanacaqsız” – ŞƏRHbackend

ABŞ-dan İrana Xudafərin MESAJI: "Onsuz da parçalanacaqsız" - ŞƏRH

ABŞ Milli Təhlükəsizlik komitəsinin üzvü Mayk Doran Xüdafərin körpüsündən paylaşım edib.

KONKRET.az xəbər verir ki, belə fiqurların strateji nöqtlərdə şəkil çəkdirməsi baş verəcək hadisələrin anonsu kimi də qiymətləndirilir:

– Yeni münaqişə ocağı;

Daha əvvəl də xəbər verdiyimiz kimi Cənubi Qafqazın qaynar nöqtəyə çevrilməsi Qərbin çoxdankı planıdır. II Qarabağ savaşı isə Qərb güclərinin niyyətlərinə ən yaxın 6 həftə olub. Lakin Bakı bütün təhdidləri nəzərə alaraq atəşkəs haqqında üçtərəfli bəyanata imza atdı. Əks halda, Azərbaycan torpaqları daxildən separatçı-rus, cənubdan fars, qərbdən erməni-rus hücumlarının məngənəsində boğulacaqdı. Türkiyənin müdaxiləsi ilə regiona NATO-nun da gəlişi nağdlaşır. Nəticədə Bakıya sərf eləməyən atəşkəs imzalanır, Naxçıvan, Zəngəzur, Arazboyu zonada, Qarabağda rus və NATO sülhməramlıları yerləşdirilir. Belə deyək, Suriya ssenarisi!

– İranın sonunun başlanğıcı;

Mayk Doran Xudafərin körpüsünü İranın parçalanmasına gedən yol kimi də nəzərdə tuta bilər. İrandakı iğtişaşların molla rejimini devirə bilməsi isə hər gün daha real görünür. Futbol üzrə dünya çempionatının İngiltərə-İran matçında fanatların etirazlara dəstəyi, ölən aksiyaçılara ehtiram əlaməti olaraq futbolçuların fars himnini oxumaması Xomeyni-Xamenei quruluşundan qurtuluşun sevinc susqunluğu idi. Mayk Doranın Xudafərin fonunda gülümsəməyi sanki Tehrana pıçıldayırdı ki, “onsuz da parçalanacaqsınız”. Yəni İrandakı rejimin devrilməsi, fars işğalçılığının haqlı şəkildə 4-5 yerə parçalanması dəqiqdir. Bircə aydınlaşdırmaq qalıb:

• Buna etirazlarla nail olunsun, yoxsa müharibələrlə?

Anar Rəhimov,

KONKRET.az

  • Həzrətqulu Əhmədov
    Noyabr 25, 2022 - 01:08

    İraq, Liviya və nəhayət İran kimi öz xalqlarını incidən, onlara müxtəlif yollarla fırıldaqlarla zülm edən ölkələrin hakimiyyət rəhbərlərinin komandaları ilə birgə yaxın keçmişdə allah qəzəbinə tuş gəlib özlərini və digər nökərlərini bədbəxt etmələri dünya xalqlarının və beynəlxalq ictimaiyyətin yadından tarix boyu çıxmaz. Ona görə də yaxşı olar ki, İran rəhbərliyi günahlarını yumaqdan ötrü özünün Farsdilli xalqlardan ibarət azad bir ölkəsini yaratsın, orada yaşayan Azərbaycanlıarın müstəqil dövlətinin yaranmasına mane olmasınlar. Bölgəni müharibələrlə məhf etməkdən çəkinsinlər. Nəzərə alınsın ki, insanlara edilən zülmləri heç zaman uca allah baqışlamaz. Bunun qarşısını heç bir dini etiqad ala bilməz. AC VƏ HEÇNƏSİZ, SAVADSIZ , DAİMA QORXU ALTINDA YAŞAYAN İRANLI İNSANLARIN QARŞISINI ALMAQ MÜMKÜNSÜZ OLA BİLƏR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*