Baydenlə Romada görüşəcəyik.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Jurnalistin “ABŞ-dan dönən zaman “Bayden ilə gedişat yaxşı başlamadı” demişdiniz.
ABŞ-la münasibətlərdə bilmədiyimiz şeylər varmı” sualına Ərdoğan vəziyyətdə dəyişikliyin olduğunu bildirib:
“Bunları söylədik və cavab da gəldi. Nəsib olsa, Romada görüşəcəyik. Oradan da inşallah, Qlazqoya gedəcəyik. Qlazqoda da böyük ehtimalla görüşəcəyik. Demək ki, xeyirə əlamət olan bəzi addımlar atılır”./axar.az/
