ABŞ-ın Avropa Qüvvələrinin komandanı Tod Wolters sabah Ankaraya gələcəyini açıqlayıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfərdə məqsəd Ankarada danışıqlar aparmaqdır.
NTV-nin məlumatına görə, Ankaraya gələcək Wolters Milli Müdafiə Naziri Hulusi Akar və Baş Qərargah rəisi General Yaşar Gülər ilə görüşəcək.
Görüşlərin gündəliyi Suriya və İdlib olacaq.
KONKRET.az
