ABŞ-də atışma baş verib – 1 ölü, 21 yaralıbackend

ABŞ-də atışma baş verib – 1 ölü, 21 yaralı

ABŞ-nin Missuri ştatındakı konsert zamanı baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yaralılar arasında 9 uşaq da var. Polis atışmada şübhəli bilinən üç nəfəri həbs etdiyini bildirib.

Mətbuat konfransında Kanzas şəhərinin polis rəisi Steysi Qreyvs bildirib ki, ümumilikdə 22 nəfər atəşə tutulub, onlardan biri ölüb, üç nəfər isə həbs edilib.

800-dən çox polis əməkdaşı hadisə yerində olub. Xanım Qreyves atəş səsləri başlayandan dərhal sonra cavab verdiklərini və hadisə yerində olan detektivlərin tez bir zamanda araşdırmaya başladıqlarını deyib. Yanğınsöndürmə briqadası da yaralılara yardım göstərərək hərəkətə keçib.

Yerli radiostansiyalardan biri bildirib ki, konsertin DJ-lərindən biri Lisa Lopez atışma zamanı həlak olub.

Atışmanın mübahisə zəminində baş verdiyi bildirilir. Mənbə bunun terrorla bağlı olmadığını bildirib.

Silah səsləri şəhər meri və onun ailə üzvləri də daxil olmaqla, izləyən kütlənin təşvişinə səbəb olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*