Bloomberg agentliyi ABŞ-ın İsrailə hərbi yardımını gizli şəkildə artırdığını bildirib.
KONKRET.az xəbər verir ki, agentlik Pentaqonun daxili sənədinə əsaslanaraq belə bir məlumat yayıb.
Ölkənin tələb etdiyi silahlar İsrailin yüksək rütbəli liderinin imzaladığı sənəddə də qeyd olunub və bu sənəd oktyabrın sonlarına aiddir. Agentliyin məlumatına görə, silahlar artıq çatdırılır və ya Müdafiə Nazirliyi onların ABŞ və Avropadakı anbarlardan göndərilməsi üzərində işləyir.
Oktyabrın sonuna qədər İsrailə 30 mm-lik toplar üçün 36 000 patron, M141 anti-bunker qumbaraatanları üçün 1800 patron və ən azı 3500 gecəgörmə cihazı göndərilib.
Bloomberg-in sənədə istinadən verdiyi məlumata görə, İsrail tərəfinin tələblərinə Apache AH-64 helikopterləri üçün 2 min lazerlə idarə olunan Hellfire raketləri (bunlardan bəziləri İsrail əsgərlərinə verilib).
ABŞ öz ehtiyatından İsrailə 312 “Tamir” ələ keçirən raket verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az