ABŞ hava məkanını Rusiya üçün bağlayır – ÖZƏLbackend

ABŞ hava məkanını Rusiya üçün bağlayır - ÖZƏL

ABŞ hava məkanını Rusiya təyyarələri üçün bağlayır.
KONKRET.az xəbər verir ki, ABŞ hakimiyyəti ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayır. Bunu çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında Birliyin vəziyyəti ilə bağlı illik müraciəti qarşısında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.

“Mən elan edirəm ki, biz müttəfiqlərimizə qoşularaq Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayırıq.

ABŞ Nəqliyyat Departamentinin saytında yerləşdirilən məlumatda deyilir ki, Rusiya təyyarələrinin ABŞ hava məkanında uçuşlarına qoyulan qadağa çərşənbə gününün sonuna kimi qüvvəyə minəcək.

Press-relizdə qeyd edildiyi kimi, qadağa “mülkiyyətində olan, sertifikatlaşdırılmış, istismar edilən, qeydiyyata alınmış, icarəyə götürülmüş, Rusiya vətəndaşı olan şəxslər tərəfindən və ya onların maraqlarına uyğun idarə olunan” bütün hava gəmilərinə şamil ediləcək. “Bura sərnişin və yük reysləri, müntəzəm və çarter reysləri daxildir ki, bu da mahiyyət etibarı ilə Rusiyadakı bütün kommersiya aviadaşıyıcıları və digər mülki təyyarələr üçün ABŞ hava məkanının bağlanması deməkdir”, – deyə ABŞ agentliyi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*