ABŞ-ın baş prokuroru Baydenlə bağlı sirrin üstünü açdı: Dövlətin məxfi sənədlərini görün harda saxlayırmışbackend

ABŞ-ın baş prokuroru Baydenlə bağlı sirrin üstünü açdı: Dövlətin məxfi sənədlərini görün harda saxlayırmış

“Baydenin məxfi sənədləri qarajında saxlamaq hüququ yox idi”.

KONKRET.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri və baş prokuror Pam Bondi deyib.

“Əlbəttə ki, onun gizli sənədləri götürmək hüququ yox idi və hamımız bilirik ki,sənədlər Baydenin qarajındadır. Lakin heç kim onu məsuliyyətə cəlb etmək qərarına gəlməyib. Biz hökumətimizin, hüquq-mühafizə orqanlarımızın yerinə yetirməli olduğu əsas funksiyaya, yəni zorakı cinayətkarları təqib etmək və onları küçələrimizdən uzaqlaşdırmaqdan ibarət olan vəzifəsinə qayıdacağıq. Donald Tramp hakimiyyətə gəldiyi gün “ədalətin silahlanması”na son qoyuldu”, – deyə Bondi vurğulayıb.

Xatırladaq ki, Bayden 2017-ci ildə vitse-prezident vəzifəsindən istefa verdikdən sonra onun Delaverdəki evinin qarajında və Vaşinqtondakı ofisində məxfi sənədlər tapılıb. Bu, federal araşdırmaya səbəb olub. Həmin vaxt hesabatda Bayden “yaddaşı zəif olan yaşlı adam” kimi xarakterizə edilib. Həmin vaxt siyasətçinin ölkəni idarə etmək qabiliyyətinə dair şübhələr son nəticədə onun prezidentlik yarışından geri çəkilmək qərarı ilə nəticələnib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*