Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cəriməbackend

Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə

Dəmirçizadə küçəsindən Qarabağ küçəsinə gedən yolda hərəkət sxemi dəyişdirilib. Artıq əvvəllər düzünə hərəkət üçün istifadə olunan zolaq ləğv edilib və həmin hissə yalnız avtobusların hərəkətinə ayrılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolara əsasən, dəyişiklikdən xəbərsiz bəzi sürücülər avtobus zolağına daxil olduqları üçün 100 manat cərimə və 2 bal alıblar.

İddialara görə, qaydanın tətbiqindən cəmi bir saat ərzində 50-dən çox sürücü cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*