ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİbackend

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını bomba xəbərləri fonunda İrəvanda bir sıra yerlərə getməməyə çağırıb.

“Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fövqəladə hallar xidmətləri Qriqori Lusavoriç kilsəsində, bütün metro stansiyalarında, zooparkda, Milli Assambleyada, eləcə də bütün əsas ticarət mərkəzlərində bomba təhlükəsi ilə bağlı araşdırma aparır”, – diplomatik missiyanın saytında deyilir.

Səfirlik bu yerlərdən uzaq durmaları, yeniliklərdən məlumatlı olmaları, izdihamdan aralanmaları, dostları və ailəni təhlükəsizlik barədə məlumatlandırmalı və ətrafda baş verənlərdən xəbərdar olmaları üçün müraciət edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*