ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutuldubackend

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutuldu

Suriyanın şimal-şərqində ABŞ əsgərlərinin yerləşdiyi “Green Village” hərbi bazası bazar günü axşam raket atəşinə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” xəbər portalı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

Bildirilib ki, raket hücumu uğursuz olub.

Hücuma görə kimin məsuliyyət daşıdığı müəyyən edilməyib. Lakin avqust ayında ABŞ ordusu bazaya İranın dəstəklədiyi silahlılar tərəfindən hücum edildiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*