ABŞ kəşfiyyatı bu məlumatların Kiyevə ötürülməsini QADAĞAN ETDİbackend

ABŞ kəşfiyyatı bu məlumatların Kiyevə ötürülməsini QADAĞAN ETDİ

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün yeni təlimatlar hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bu qərarı ABŞ Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün verib. Kəşfiyyatçılar üçün Daxili Təlimat müvafiq məlumat növlərinə iki qadağa qoyur. Qadağanın kateqoriyalarından biri kəşfiyyat məlumatlarının paylaşılmasıdır. Bu, Ukraynanın sərhədləri xaricində Rusiya obyektlərinə hücum etməyə kömək edəcək istənilən məlumata şamil edilir.

Qadağanın məqsədi ABŞ-ı Ukraynanın Rusiya daxilində həyata keçirə biləcəyi mümkün hücumlarda iştirakdan saxlamaqdır.

Hazırda Kiyev və Vaşinqton arasında kəşfiyyat üzrə əməkdaşlığa Ukraynanın “real vaxt rejimində” aldığı rus qoşunlarının yeri və hərəkəti haqqında məlumatlar, peyk şəkilləri və ABŞ-dakı məxfi Amerika mənbələrindən toplanmış hesabatlar daxildir.

Bundan əlavə, ABŞ artıq Ukraynaya Rusiyanın ali hərbi rəhbərliyinin üzvlərini, o cümlədən Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu vurmaq üçün kömək edəcək ətraflı məlumat verə bilməyəcək.

Sözügedən qadağa rus generallarına şamil edilmir. Lakin ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Amerika hökuməti onların Ukraynada olduğu yerlər barədə də məlumat verməmək qərarına gəlib.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*