“ABŞ-la atəşkəs onun qərarı idi” – Pezeşkian bütün sirləri açdıbackend

"ABŞ-la atəşkəs onun qərarı idi" - Pezeşkian bütün sirləri açdı

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la əldə olunan atəşkəs razılaşmasının arxasında duran qərar mexanizmini açıqlayıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı İran və ABŞ arasında atəşkəsin elan edilməsi və müharibənin dayandırılması istiqamətində danışıqlara başlanması qərarının ölkənin ali hakimiyyət strukturları tərəfindən yekdilliklə qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, sözügedən qərar daha sonra İranın Ali dini lideri Müctəba Xamenei tərəfindən təsdiqlənib.

Pezeşkiyan qeyd edib ki, bu addım ABŞ tərəfinin İranın irəli sürdüyü ümumi çərçivə və əsas prinsipləri qəbul etməsindən sonra mümkün olub. Prezident vurğulayıb ki, əldə olunan razılaşma yalnız ilkin mərhələ hesab olunur və danışıqlar prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Ekspertlər hesab edir ki, tərəflər arasında əldə olunan bu razılaşma regionda gərginliyin azalmasına və diplomatik kanalların yenidən aktivləşməsinə təkan verə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*