ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.
KONKRET.az xəbər verir ki, xəstəxanalardakı kompüter sistemləri kiberhücum səbəbilə bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.
