ABŞ-nin İraqdakı bazası raket atəşinə tutuldu – Yaralılar varbackend

ABŞ-nin İraqdakı bazası raket atəşinə tutuldu - Yaralılar var

ABŞ-nin İraqda, Ayn əl-Əsəddəki aviabazasına güclü raket hücumu nəticəsində Birləşmiş Ştatların bir neçə hərbçisi yaralanıb.

KONKRET.az bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ əsgərləri yüngül xəsarətlər alıb, İraqın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı isə ağır yaralanıb.

İraq polisinin sözçüsü AFP-yə bildirib ki, Ayn əl-Əsəd hava bazası Ənbar vilayətindən atılan 15 raketlə vurulub.

Onun sözlərinə görə, 13 raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin “ikisi hava bazasına düşüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*